№ 1, 2018

Qrunt hərəkətinin dominant tezlikləri və onların qamma sahəyə və yeraltı radonun həcmi aktivliyinə təsiri (Baki şəhərinin timsalında)

Ə.R.Əliyeva

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Məqalədə Bakı şəhərinin mərkəzi hissəsi üçün mikrotremor ölçmələri vasitəsilə alınmış qruntun xüsusiyyətlərinin para­­metrləri təbii radiasiya və radon sahəsi ilə müqayisə edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, tor­paqda radonun konsentrasiyasına qruntun radioaktivliyi, torpa­ğın tipi, qrunt hərəkətinin amplitudalarının güclənmə əmsalı və dominant (rezonans) tezliklər kimi faktorlar birgə təsir göstərir. Radonun konsentrasiyasının təbii radioaktivlikdən, qrunt hərə­kətinin tezlikləri və qrunt hərəkətinin amplitudalarının güc­lənmə əmsalından birbaşa asılılığı müəyyən edilmişdir. Araşdı­rılmış dominant tezliklər intervalında radonun ən yüksək miq­darı 10 hs-ə yaxın tezliklərdə və təxminən 1,9-2,1 qrunt hərəkətinin amplitudalarının güclənmə əmsalında müşahidə olunmuşdur. Radonun və radioaktivliyin aşağı konsentrasiyaları qumlar, ən yüksəkləri isə gilcə, çınqıl və gillərin püruzlarını daşıyan kövrək, seyrəkləşmiş süxurlar üçün səciyyəvidir.

JURNAL ARXİVİ