№ 1, 2018

Azərbaycanda ağciyər xəstələrinin və radonun miqdarının səviyyəsinin müqayisəli təhlili

F.F.Mahmudova

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Beynəlxalq Radiasiyadan Müdafiə Təşkilatının məlumat­larına əsasən, əhalinin təbii mənbələrdən şüalanma dozasının 40-75%-i radon və onun parçalanma məhsullarının payına düşür. 1987-ci ildən etibarən radon və onun parçalanma məh­sulları insan üçün kanserogen elementlər qrupuna aid edilmiş­dir. Azərbaycanda yaşa­yış məntəqələrində radon konsentra­siya­sının müəyyən edilməsinə həsr olunmuş irimiqyaslı tədqiqatlar 2010-2011-ci illərdə həyata keçirilmişdir. 2014-cü ildən baş­layaraq bu tədqiqatlar Dövlət Proqramı (2014-2018) çərçivə­sində davam etdirilmişdir. Məqalədə Azərbaycanda əhalinin ağciyər xərçəngi ilə xəstələnmə göstəricisi və radon konsentra­siyaları arasında aparılmış korrelyasion analizin xarakterik nəticələri təqdim olunmuşdur. 2012-2015-ci illər üçün müəyyən edilmiş korrelyasion əmsallar 0,5-0.8 intervalında dəyişir ki, bu da yuxarıda adı çəkilən göstəricilər arasında əlaqənin möv­cud­luğunu təsdiq edir.

JURNAL ARXİVİ