№ 2, 2017

Mirzələdi gölünün (Abşeron y/a-sı) müasir geoekoloji vəziyyəti və gölətrafı ərazidə ekzogen geoloji proseslərin modelləşdirilməsi

Ə.M.Salamov, V.A.Məmmədov, O.F.Nəcəfov, L.S.İsayeva

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Məqalədə Abşeron yarımadasının şimal-qərb hissəsində yer­lə­şən Mirzələdi gölünün hövzəsində yerinə yetirilən geo­ekoloji və geofiziki tədqiqatların nəticələri verilir. Müəyyən­ləş­dirilib ki, gölün hövzəsində sənaye və kommunal-məişət xüsu­siyyətli yüklənmə artıqca su kütləsi və dib çöküntülərində çirk­lənmə prosesi aktivləşmişdir.

Şaquli elektrik zondlama (ŞEZ) üsulunu tətbiq etməklə geo­loji kəsiliş 40 m dərinliyə qədər tədqiq edilmiş, ehtimal olunan fərqli litoloji tərkibə malik qatların qalınlıqları, pozulma xətlə­rinin vəziyyəti müəyyən edilmiş və gölün sahil zonasında ekzo­gen geoloji hadisələrin inkişafı modelləşdirilmişdir.

JURNAL ARXİVİ