№ 2, 2017

Peyk qravimetriyası regional tektonik-geofiziki rayonlaşdırmanın müasir effektiv alətidir: Ərəbıstan-Afrika regionuna görə

LV.Eppelbaum¹, Y.İ.Kats²

1 – School of Geosciences, Faculty of Exact Sciences, Tel Aviv University, Tel Aviv 69978, Israel (phone: +972-3-6405086; fax: +972-3-6409282; e-mail: levap@post.tau.ac.il)

2 – Steinhardt Museum of Natural History & National Research Center, Tel Aviv University, Tel Aviv 69978, Israel (e-mail: kiyour@mail.ru)

Hazırda peyk qravimetriyasi regional tektonik-geofiziki rayonlaşdırmada güclü və etibarlı vasitədir. Müşahidələrin düz-gün şəbəkəsi və Yer səthinə yenidən hesblanmış peyk qravi-metriya məlumatlarının nisbətən yüksək dəqiqliqi (1-1,5 mQal) dərinlik quruluşunun (əsasən yer qabığı və üst mantiyanın) geoloji xüsusiyyətlərinin öyrənilməsində bu məlumatları əvəz-edilməz alətə çevirir. Məqalədə Ərəbistan-Afrika regionu bir çox nöqteyi-nəzərdən – geodinamiki (yüksək seysmik aktivlik, aktiv rift zonaları, kollizion proseslər), struktur (kontinental və okean qabığının müxtəlif yaşlı mozaik blok sisteminin olması), geofiziki (bir sıra yüksək amplitudalı qravitasiya anomaliyalarının iştiraki və maqnit sahəsinin çox mürəkkəb xarakteri) və iqtisadi (dünya karbohidrogen resurslarının böyük hissəsinin mövcudluğu) – çox böyük maraq kəsb edir. Qabaqcıl metodologiyalardan istifadə etməklə peyk qravitasiya məlumatlarının təhlili tədqiq olunan reqionun yer qabığı və litosferinin quruluşunun mühüm cizgilərini əks etdirən, prinsipcə yeni xəritələr seriyasının hazırlanmasına imkan vermişdir. Bu məlumatlar, digər pərakəndə geofiziki və geoloji qurumalarla birlikdə, əvvəllər tərtib edilmiş tektonik xəritə və sxemlərin redaktə olun¬ması və ümumiləşdirilməsi üçün istifadə edilmişdir. Bu əsasda Ərəbistan-Afrika regionunun yeni tektonik xəritəsi hazırlanmışdır (geoloji məlumlar peyk qravimetriyası məlumatlarının analizi ilə (baza komponentləri kimi), həmçinin GPS sxemlə¬rinin, maqnit, seysmik, seysmoloji və bəzi digər məlumatların nəticələri ilə uzlaşdırılmışdır). Tərtib edilən tektonik xəritənin və qravitasiya transformant xəritələri seriyasının kompleks təhlili öyrənilən regionun mühüm tektonik-geodinamik xüsu¬siy¬yət¬lərinin aşkar edilməsinə imkan vermişdir.

JURNAL ARXİVİ