№ 4, 2016

Azərbaycan Respublikasında iqlim dəyişmələri ilə əlaqədar su ehtiyatlarının itirilmə riskinin qiymətləndirilməsi

Y.H.İsrafilov, R.H.İsrafilov, H.H.Quliyev, Q.M.Əfəndiyev

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Azərbaycan Respublikası ərazisinin çox hissəsi arid iqlim zonasında yerləşərək daxili su ehtiyatları ilə məhdudlaşır. Bununla belə, ümumi ehtiyatların 70%-i transsərhəd çay suları hesabına formalaşır. Respublikanın su təsərrüfatı balansındakı kəsir (catışmazlıq) faktiki ehtiyatlardan 30%-dən  artıqdır. Ya­xın gələcəkdə bu rəqəm labüd olaraq 40%-lik qiyməti aşacaq ki, bu da su böhranının həddi olub, kənd təsərrüfatı istehsalının  inkişafını, yəni ərzaq təhlükəsizliyini, sənaye istehsalını və nəti­cədə ümumən iqtisadiyyatı limitləşdirəcək. İqlim dəyişmələri proqnozlarının ssenariləri su ehtiyatlarının əlavə itki risklərini göstərir. Bu məqalədə respublikanın su ehtiyatlarının müasir vəziyyəti araşdırılır, riskin təhlili yerinə yetirilərək, su ehtiyat­larının həssas (zəif) cəhətlərinin müxtəlif yollarla qiymətlən­dirilməsi və iqlim dəyişmələri amillərinin təsiri ilə onların itiril­mə riski göstərilir.

JURNAL ARXİVİ