№ 1, 2017

Kiçik Qafqazın üst təbaşir yaşlı vulkanik komplekslərinin formalaşmasında dəmir-titan oksidi minerallarının petrogenetik rolu

G.C.Babayeva

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Məqalədə Kiçik Qafqazın üst təbaşir yaşlı: a) bazalt-andezibazalt, riolit-riodasit, b) traxibazalt-traxidolerit, tefrit-teşe­nit, с) traxi­ba­zalt-traxiandezit vulkanik komp­lekslərinin for­ma­laş­masında dəmir-titan oksi­di mine­ral­larının yeni fiziki-kimyəvi və eks­perimental tədqiqatlar əsasında pet­ro­genetik xü­susiyyətləri araşdırılmışdır. Müəy­yən olunmuşdur ki, ulvoşpi­nel mo­­­­lekulu ilə zən­­gin olan titanlı maqnetit möh­təvilərini daşıyan zəif təka­mü­lə uğ­­­ramış bazaltoi­dlər və traxidoleritlər daha dərin aralıq maqmatik ocaq­larda (16-21 km) yüksək bərpa olunmuş şəraitdə, ulvo­şpinel molekulu ilə qis­mən ka­­sıb olan zəif təkamülə uğramış andezibazaltlar və onların diferensiatları isə ok­sid­ləşmə şəraitində yer qa­­­bı­­ğının yuxarı horizont­larında (4-8 km) kristallaş­mışdır.

Məqaləni yüklə

JURNAL ARXİVİ