№ 1, 2017

Orta Kür çökəkliyinin üst təbaşir çöküntülərinin yeni məlumatlar əsasında litofasial xüsusiyyətləri, struktur və paleotektonik təhlili (Kür və Qabırrı çaylararası timsalında)

Ə.İ.Xuduzadə¹, Ş.X.Axundov², İ.N.Əsgərov², S.Ş.Axundov³

1 – Azneft İstehsalat Birliyi, AZ0033, Bakı şəhəri, Neftçilər prospekti 73

2 – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Neftqazelmitədqiqatlayihə» İnstitutu, AZ1012, Bakı ş.,Zərdabi pr.,88A

3 – Azərbaycan texniki Universiteti, AZ1073, Bakı şəhəri, H.Cavid prospekti, 25

Kür və Qabırrı çayları arasında üst təbaşir çöküntülərinin neft və qazlılıq perspektivliyinin təyini istiqamətində əvvəlki araşdırmalar bütün region üçün ümumiləşdirilən və ekstrapol­yasiya olunan Gəncə və Muradxanlı NQR-də aparılmış ümumi­ləşdirici işlərin əsasında edilmişdir.

Elmi məqalələrin, geofiziki araşdırmaların nəticələrinin və qazıma məlumatlarının ümümiləşdirilərək sistemləşdirilməsi əcasında litofasial və struktur-tektonik xüsusiyyətlərin analizi aparılmış, Üst təbaşir çöküntülərinin səthində aşkar olunmuş qırılma pozulmalarının xarakteri və təsirləri dəqiqləşdirilmiş, ərazinin neft və qazlılıq perespektivliyi proqnozlaşdırılmışdır.

Aparılmış analizlərdən nəticə çıxartmaq olar ki, hal-hazırda tədqiq olunan regionda geoloji kəşfiyyat işlərinin aparılması üçün ən böyük perspektivliyə dərində yatan Təbaşir çöküntüləri malik olsa da, bu işlərin indiki zamanda aparılması iqtisadi cəhətdən çox çətindir.

JURNAL ARXİVİ