№ 2, 2019

Cənubi Xəzər hövzəsi şərq bortunun (qərbi Türkmənistan) yataqlarinda neftin izotop-geokimyəvi xüsusiyyətləri

Hüseynov D.A., Feyzullayev Ə.Ə.

AMEA Geologiya və Geofizika İnstitutu AZ1143, Bakı şəh., H.Cavid prosp.,119: d_huseynov@yahoo.com, fakper@gmail.com

Xulasə. Məqalədə Cənubi Xəzər çökəkliyinin (СXÇ) şərq yamacında (Türkmənistan sektoru) quruda və dənizdə yerləşən 14 yataqdan olan neftlərin izotop-geokimyəvi və xrom-mass-spektrometrik tədqiqatlarının nəticələri təqdim olunur. Bu yataqlar üç tektonik zonanın antiklinal strukturlarında yerləşir: Balxanyanı qalxımlar zonası (Jdanov, LAM, Çələkən, Qərbi Çələkən, Qoturtəpə, Barsa-Gəlməz, Burun, Komsomolskaya, Qumdağ), Qızılqum çökəkliyi (Erdekli) və Qoqrandağ-Okarem (Korpıcə, Cənubi Qamışılca, Ağ-Patlaux) qalxılmlar zonası. Pristan /Fitan (Pr/Ph) nisbətinin aşağı qiymətləri (neftlərdə 1.17-1.63 və kondensatlarda 1.45-2.08), aşağı molekulyar çəkili alkanların üstünlük təşkil etməsi (C31:C19 = 0.08: 0.63), neftlərdə cüt alkanların tək alkanlardan üstünlüyü, həmçinin neftlərin aşkar naften təbiəti (naften indeksi = 1.9-6.7) üzvi maddənin (ÜM) əsasən dəniz mənşəli olmasını göstərir. Bu, neftlərdə karbonun izotop tərkibi (KİT) ilə də təsdiq olunur. Şərqə doğru, şelf zonasından quruda yerləşən yataqlara tərəf, neftlərin KİT yüngülləşməsi tendensiyası müşahidə edilir. Fiziki-kimyəvi xüsusiyyətlərinə görə istər müxtəlif struktur zonalarda yerləşən ayrı-ayrı yataqların neftləri, istərsə də eyni sahədəki müxtəlif işlənilmə obyektlərinin neftləri əhəmiyyətli dərəcədə fərqlidir. Neftlər və kondensatlar çox aşağı yetkinlik dərəcəsinə malikdir və biomarker məlumatlarına görə hesablanmış vitrinitin əksetdirmə qabliyyəti ekvivalentinin (Ro,%) qiyymətləri müvafiq olaraq 0.55-0.65 % və 0.62-0.75 % -dir. Neftlərin əsasən dəniz deltalarının gil çöküntülərinin diatom ÜM-dən yaranması əsaslandırılır. Bunula belə, neftin əmələ gəlməsində Orta-Üst Miosen kompleksinin payı Paleogen-Alt Miosen kompleksindən daha yüksəkdir. CXÇ şərq yamacı şelfində yerləşən strukturların karbohidrogenlərlə qidalanması həm CXÇ hüdudlarında yerləşən əmələgəlmə mənbələrindən (Qızılqum çökəkliyi), həm də Orta Xəzərdə olan mənbələrdən (Kelkor çökəkliyi) baş vermişrdi.

Açar sözlər: neft, üzvi maddə, əmələgəlmə mənbəyi, izotop-geokimyəvi analiz, biomarkerlər, yetkinlik, Cənubi Xəzər hövzəsi, Türkmənistan sektoru

 

ƏDƏBİYYAT

Bagir-zadeh F.M., Burakovski L.A., Babayev F.R. Geochemistry of oils and gases of Absheron-Pribalkhanian trough. Nedra. Moscow, 1974, 285 p. (in Russian).

Bagir-zadeh F.M., Babayev F.R. Distribution of n-alkanes and hydrocarbons of the isoprenoid structure in oils of the off-shore fields in Azerbaijan. Oil and gas geology, No. 1, 1988, pp. 43-45 (in Russian).

Chung H.U., Rooney M.A., Toon M.B., Claypool G.E. Carbon isotope composition of marine oils. The American Association of Petroleum Geologists Bulletin, V. 76, No. 7, 1992, pр.1000-1007.

Feyzullayev A.A., Huseynov D.A., Tagiyev M.А.F. Oil source rocks and geochemistry of hydrocarbons in South Caspian basin. In book: South Caspian basin: geology, geophysics and gas content. Nafta-Press. Baku, 2004, pp. 286-321.

Guliyev I.S., Feyzullayev A.A., Huseynov D.A. Isotopic composition of oil carbon of the South-Caspian megadepression. Azerbaijan Oil Industry, No. 6, 1999, pp. 3-13 (in Russian).

Guliyev I.S., Feyzullayev A.A., Huseynov D.A. Oil maturity of reservoirs of the different age in the South-Caspian megadepression. Oil and gas geology, No. 3, 2000, pp. 41-50 (in Russian).

Guliyev I.S., Feyzullayev A.A., Huseynov D.A. Isotopic compo-sition of hydrocarbon fluids’ carbon in the South-Caspian megadepression. Geochemistry, No. 3, 2001, pp. 271-278 (in Russian).

Guliyev I., Feyzullayev A., Huseynov D. Isotope-geochemical prognosis of the stratigraphic origin of the oil seepage source in the South, Caspian Basin. AAPG’s Inaugural Regional International Conference, Istanbul, 2000.

Guliyev I.S., Feyzullayev, A.A., Huseynov D.A. Isotope geochemistry of oils from fields and mud volcanoes in the South Caspian Basin, Azerbaijan. Petroleum Geoscience, V.7, 2001, pp. 201-209.

Gurgey K. Correlation, alteration, and origin of hydrocarbons in the GCA, Bahar, and Gum Adasi fields, western South Caspian Basin: geochemical and multivariate statistical assessments. Marine and Petroleum Geology, V. 20, No. 10, 2003, pp.1119-1139.

Kamyanov V.F., Dragunskaya V.S., Yurchenko A.N., Solodkov V.K. Geochemistry of oils, condensates and gases in Turkmenia. Proceedings of Academy of Sciences of Turkmenian SSR. Series of physical-technical, chemical and geological sciences, No. 2, 1974, pp. 38-41 (in Russian).

Katz K.J., Richards D., Long D., Lawrence W. A new look at the components of the petroleum system of the South Caspian Basin. Journal of Petroleum Science and Engineering, V. 28, 2000, pp.161-182.

Sofer Z. Stable carbon isotope composition of crude oils: Application to source depositional environments and petroleum alteration. The American Association of Petroleum Geologists Bulletin, V. 68, No. 1, 1984, pp. 31-49.

Solodkov V.K., Kamyanov V.F., Dragunskaya V.S. Isoprenoid hydrocarbons in depths and condensates of the West Turkmenia. Proceedings of Academy of Sciences of Turkmenian SSR. Series of physical-technical, chemical and geological sciences, No. 1, 1974, pp. 76-88 (in Russian).

Starobinets I.S. Geochemical characteristics of oils, gases and bituminous formations in Turkmenian SSR in connection with issues of oil content. In collection: Prospects of oil-and-gas content and direction of exploration activities in the west regions of the Middle Asia. Gostoptekhizdat. Moscow, 1969, pp. 162-167 (in Russian).

 

Məqaləni yüklə

DOI:10.33677/ggianas20190200027

JURNAL ARXİVİ

Crossref Member Badge Crossref logo