№ 1, 2018

Azərbaycanın palçıq vulkanları sopka brekçiyasının aksessor minerallaşmasının öyrənilməsi – onların genezisinin dərk edilməsinin istiqamətlərindən biri kimi

Ye.F.Şnyukov¹, Ad.A.Əliyev²

1 – Ukrayna Milli Elmlər Akademiyasının Dövlət Elm İdarəsi «Dəniz geologiyası və çöküntü filiz əmələ gəlməsi şəbəsi», 01601, Kiyev, Oles Qonçar küç., 55b

2 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Məqalədə Azərbaycanın palçıq vulkanları sopka brekçi­yasının aksessor minerallarının qeyri-adi mineraloji tərkibi, məsələn, təbii əmələ gələn minerallar (qızıl, qızıllı mis, dəmir, nikel, xrom, gümüş, qalay), çoxlu qeyri-adi sulfidlər, oksidlər və digərləri nəzərdən keçirilir. Eləcə də bir çox mineralların, o cümlədən təbii əmələ gəlmiş dəmirin, vyustititin, hematitin qeyri-adi formalarının ayrılması qeyd edilir. Onlar brekçiyanın tərkibində oyuq, xırda kürəcik və çəkilib-bağlanma, bəzi digər elementləri – mis, qurğuşun, sink, hematitın, ayr-ayrı xırda druzalar, sopka brekçiyasının əridilib təmizlənmiş qırıntıları, təbii əhəng və başqalarını əmələ gətirir.

Bütün bu dəlillər palçıq vulkanları sopka brekçiyasına dərinlik flüidlərinin təsiri əlaməti kimi izah edilir.

JURNAL ARXİVİ