№ 4, 2016

Şəki-Oğuz regionunun zəlzələlərinin dinamik və kinematik xarakteristikası

Q.C.Yetirmişli, S.E.Kazımova, S.S.İsmayılova, E.S.Qaravəliyev

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, AZ1001, Bakı, N.Rəfibəyli küç., 25, E-mail: sabina.k@mail.ru

Məqalədə 4 sentyabr 2015-ci ildə 04s49d-də Şəki və Oğuz rayonlarının sərhədində baş vermiş güclü 7 ballıq zəlzələ təhlil edilir. Tədqiq olunan ərazinin tarixi zəlzələləri, tektonik quru­luşu, epimərkəz sahəsinin xüsusiyyətləri, dərinlik üzrə ocaq­ların paylanması öyrənilmiş, makroseysmik tədqiqatlar aparıl­mışdır. Makroseysmik tədqiqatlar əsasında aşkar edilmişdir ki, zəlzələ ən intensif surətdə Qozlubulaq, Yaqublu, Turan, Sarıca, Cayqaraqoyunlu və s. qəsəbələrin ərazilərində hiss edilmişdir. Zəlzələ ocağının mexanizmi seysmik dalğaların 35 telemetrik stansiyalarla qeyd edilən geniş zolaqlı rəqəmli qeydləri əsasın­da təyin edilmişdir.

Ocaq mexanizminin həlli əsasında müəyyən edilmişdir ki, 4 sentyabrda 04s49d-də və 13 oktyabrda 00s13d-də Oğuz rayo­nunda baş verən zəlzələ ölçüsünə görə yaxın olan dartılma və sıxılma gərginliklərinin təsiri altında baş vermişdir. Hər iki müstəvidə əsas təkanın hərəkət tipi soltərəfli süruklənmədir.

JURNAL ARXİVİ