№ 2, 2019

Mingəçevir su hövzəsinin geodinamik riskinin qiymətləndirilməsi

İslamova Ş.K., Kazımova S.E., İsmayılova S.S.

AMEA nəzlində Respublika Seysmoloji Xidmət Mərkəzi AZ1001, Bakı, N.Rafibeyli, 25: shirin.i@inbox.ru, sabina.k@mail.ru

Xülasə. Məqalədə Mingəçevir su anbarı ərazisində 2008-2017-ci illər üçün meydana gələn seysmikliyin, tektonikanın təhlili və suni zəlzələlərin əmələ gəlməsi prosesi analiz olunur. Mingəçevir su anbarı doldurulduqda baş verən yerli zəlzələlərin maqnitudaları əsasən 2.0-2.5 aralıqda dəyişir, 3.5 bal gücündə zəlzələlərə isə daha az rast gəlinir. Episentrlər əsasən 5-10 km dərinliklərdə yerləşir. Məlumatların təhlili göstərdi ki, suyun səviyyəsi 78 m və ya daha çox olduqda seysmik aktivlik artır.
Zəlzələ ocaq mexanizmlərinin alınmış məlumatlar əsasında sıxılma və gərilmə zonalarının sxemi və dərinliyə görə kəsilişlər qurulmuşdur. Müəyyən olunub ki, tədqiq olunan ərazinin şimal-qərb hissəsi gərilmə ilə səciyələnir, orta hissələrində horizontal yerdəyişmə, cənub və cənub-şərq hissələrində isə sıxılma müşahidə olunur. Su anbarının doldurulması birbaşa Mingəçevir su anbarı rayo-nunda və bitişik ərazilərdə zəif zəlzələlərin meydana gəlməsinə təsir göstərir.
Su anbarında suyun səviyyəsinin qalxması adətən 5 ay – mart ayından iyul ayına qədər davam edir. Avqustda suyun səviyyəsinin düşməsi başlayır: əvvəlcə yavaş-yavaş, sonra isə daha sürətlə (80-78 m-dən 74-73 m-ə qədər). Yanvar-mart aylarında suyun səviyyə-sinin dalğalanması az miqdarda olur.
2010-cu ildə Mingəçevir su hövzəsində suyun səviyyəsi mart ayında 78-79 m-dən may ayında 82-83 m-ə qədər yüksəlmişdir ki, bu da Kür çayında suyun səviyyəsinin artmasına və daşqına səbəb olmuşdur. Həmin vaxt ərzində seysmikliyin analizi göstərdi ki, fevral, mart, aprel, iyul və avqust aylarında bu bölgədə 1.2-3.0 bal gücündə 21 zəlzələ baş vermişdi.

Açar sözlər: Mingəçevir su anbarı, seysmik aktivlik, zəlzələ, sürüşmə

 

ƏDƏBİYYAT

Geology of Azerbaijan. V. 1. AN Azerb. SSR, 1952, pp. 214-359 (in Russian).

Islamov K.Sh. Instrumental studies of the Mingechaur-Kirovabad zone (report for 1962-1963). The Fund of the Institute of Geology of the Academy of Sciences of Azerbaijan SSR, 1963, 152 p. (in Russian).

Javakhishvili Z.Sh. Seismic hazard and seismicity of the Inguri HES territory. İn: Geodynamic studies of large dams. Tbilisi, 2002, pp. 88-96 (in Russian).

Report on the work of the experimental batch processing and interpretation of seismological materials on the seismicity of Azerbaijan for 1980-2006. ANAS RSSC, Baku, 1981-2007, 118 p. (in Russian).

Suleimanov D.M. Issues of physical and geological phenomena on the banks of the Mingachaur reservoir. AS of Az.SSR. Baku, 1961, 89 p. (in Russian).

Veliyev H.N. Methods for the discovery of oil and gas objects neglected by the effects of geodynamic-geotextonic tension on oil fields. Publishing of Azerbaijan National Encyclopedia. Baku, 2001, pp. 57-62 (in Azerbaijani).

Yetirmishli G.J. Methods of considering tension-deformation factors in seismic zoning of the territory of Azerbaijan. Elm. Baku, 2006, pp. 88-93 (in Azerbaijani).

 

Məqaləni yüklə

DOI:10.33677/ggianas20190200033

JURNAL ARXİVİ

Crossref Member Badge Crossref logo