№ 2, 2019

Kiçik Qafqazin Daşkəsən filiz rayonunda maqmagenerasiya və filizəmələgəlmənin dərinlik göstəricisi olan aksessor minerallar

İsmayıl-zadə A.C., Кəngərli Т.N., Əhmədov Ə.М., Əmirov А.S.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu AZ1143, Bakı, H.Cavid prоsp., 119 : arifismail@mail.ru, tkangarli@gmail.com, ahmedov.geo@gmail.com

Xülasə. Azərbaycan ərazisində müəlliflər tərəfindən ilk dəfə müəyyən edilmiş vüstit, həmçinin sərbəst dəmir Kiçik Qafqazın Lök-Qarabağ zonasına aid Daşkəsən əyilməsinin şərq kənarında Gəncə çayı və onun kiçik qollarının çaylaqüstü terras və çaybasar allüvisindən əldə edilmiş şlakabənzər süxur (vulkanik şlak) qırıntılarında aşkar edilmişdir. . Qərbdə Şəmkirçay və şərqdə Gəncəçayla hüdudlanan əyilmə porfiritlər və onların tufları, tuf-qumdaşı və alevrolit təbəqələri ilə laylanmış tuf-konqlomerat, tuf-brekçiya və lava-brekçiyalardan ibarət bat struktur mərtəbəsinin (porfiritlər və onların tufları, tuf-konqlomeratlar, tuf-qumdaşı və alevrolit təbəqələri ilə laylanmış tuf-brekçiya və lava-brekçiyalar) dabanı üzrə ayrılmaqla Lök-Qarabağ zonasının batönü dövrdə struktur planının dəyişilməsinə dəlalət edir. Bu qırıntılar iki tip yandırılmış, sıx, kəsəkli, qabarıqlı süxurlardan ibarətdir: 1 – spesifik srinifeks strukturuna malik, sərbəst dəmir və maqnetit saxlayan bazaltlar; 2 – müxtəlif ölçülü vüstit qırıntıları, həmçinin maqnetit, maqgemit və s. saxlayan qranitoidlər. Birinçi halda metalsaxlayan süxurlar aztitanlı pikritlərə və komatiitəoxşar maqnezial-dəmir əmələgəlmələrinə (piroksenli komatiitlər və b.) cavab verir, ikincisində isə – diorit və kvarslı dioritlərə uyğun gəlir. Aparılmış tədqiqatların nəticələri göstərir ki, vüstit və metalsaxlayan süxurlar kvarsdiorit-diorit tərkibli hibrid maqması ilə yer səthinə çıxarılmışdır. Guman edilir ki, bu cür maqma palingen qranitoid maqmasının basdırılmış ultraəsasi tərkibli lövhənin serpentinitləri ilə qarışma prosesi nəticəsində əmələ gəlmişdir. Tədqiq edilmiş nümunələr paleovulkanların eksploziv fəaliyyəti prosesində dərinlikdə yerləşən maqma ocağının yer səthinə çıxarılmış fraqmentləri olmaqla, ultraəsasi süxurların yenidən kristallaşması nəticəsində komatiitlərə (?) və maqmagenerasiya ocağının kənar zonasına aid olan, özündə vüstit, maqnetit, maqgemit və s. saxlayan əridilmiş qranitoidlərə cavab verir.

Açar sözlər: Yura maqmatizmi, vulkanik şlak, sərbəst dəmir, vüstit, spinifeks strukturu

 

ƏDƏBİYYAT

Arndt N.T., Nisbet, E.G. What is komatiits? In: Komatiites. G.Allen and Unwin. London, 1982, pp. 19-28.

Geology of Azerbaijan. V. III. Magmatism (ed. Alizadeh Ak.A.). Nafta-Press. Baku, 2001, 433 p. (in Russian).

Geology of Azerbaijan (ed. Khain V.E., Alizadeh Ak.A.).V. IV. Tectonics. Nafta-Press. Baku, 2005, 505 p. (in Russian).

Hasanov T.A. Ophiolites of the Lesser Caucasus. Nedra. Moscow, 1985, 240 p. (in Russian).

Ismail-zadeh A.D. A new look to the formation of iron ore deposits in the Dashkesan trough of the Lesser Caucasus: Proceedings of ANAS, The sciences of Earth, No. 4, 2012, pp. 33-43 (in Russian).

Kashkay M.A. Petrology and metallogeny of Dashkesan and other iron ore deposits of Azerbaijan. Nedra. Moscow, 1965, 888 p. (in Russian).

Popov G.M., Shafranovsky I.I. Crystallography. Vysshaya shkola, Moscow, 1972, 353 p. (in Russian).

Ramdor P. Ore minerals and their intergrowths. Foreign literature publishing house. Moscow, 1962, 1132 p.

Stryubel G., Zimmer Z.H. Mineralogical dictionary. Nedra. Moscow, 1987, 494 p. (in Russian).

 

Məqaləni yüklə

DOI:10.33677/ggianas20190200028

JURNAL ARXİVİ

Crossref Member Badge Crossref logo