№ 2, 2019

Dağkəsəmən qizilli filiz yataği filizlərinin maddi tərkibi və texnoloji xüsusiyyətləri (kiçik Qafqaz)

Əhmədov Ə.Z., Kitaçayev Ş.M., Şibayeva А.А., Əhmədov Ə.М., Əliyeva Т.М.

Azərbaycan ETSN Milli Geoloji Kəşfiyyat Xidməti AZ 1073, Bakı şəh., B.Ağayev küç., 100(A:) alikahmedov@mail.ru

Xülasə. Məqalədə yatağın üst horizontlarını təmsil edən filizlərdən götürülmüş texnoloji filiz sınağının (çəkisi 150 kq) dəqiq maddi tərkibi (kimyəvi və mineraloji), qızılın müxtəlif minerallarla tekstur-struktur əlaqəsi, filiz minerallarının oksidləşmə dərəcəsi və müxtəlif texnoloji (metallurji) əlamətləri bu qızıllı mineral xammal üçün aparılmış təcrübələrlə təqdim edilir. Tədqiq edilən filizdə əsas sənaye dəyərli komponent sərbəst formada olan qızıldır. Sərbəst qızıl dənələrinin növləri və əsas ölçüləri təyin edilmiş və nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, qızıl dənələrinin əksər hissəsi kiçik formalarla (0.005-0.01mm) təmsil olunur. Filiz mineralları əsasən dəmir birləşmələrinin hipergen formaları ilə, filizdaşıyıcı süxurlar isə avtometasomatoz ilə modifikasiya edilmiş porfir strukturlu bazaltlar ilə xarakterizə olunur. Filiz sınağında aşkar edilmiş mineraloji və texnoloji əlamətləri nəzərə alaraq, onun əldə edilməsi üçün qızıllı mineral xammal sənayesində istifadə olunan zənginləşdirmə (qravitasiya, flotasiya) və hidrometallurgiya (sianidlı aşındırma) texnologiyalarının əsas üsulları aparılmış təcrübələrlə araşdırılmışdır. Müəyyən edilmişdir ki, tədqiq olunan filiz nisbətən kiçik ölçü dərəcəsində (80-85% <0,075 mm) üyüdülən təqdirdə, qızılın əksər hissəsı nəzərdən keçirilmiş üsullarla asan ayrılır. Aparılmış təcrübələrlə tədqiq olunan filizin emalı üçün ən səmərəli kombinə edilmiş qravitasiya – hidrometallurgiya (sianlaşdırma) üsullarına əsaslanan texnoloji sxem və texnoloji şərait işlənilib hazırlanmışdır. Adlanan texnoloji sxemlə əvvəlcə müəyyən ölçü dərə-cəsinə qədər üyüdülmüş filiz müvafiq hidrosiklonla qravitasiya əməliyyatına yönəldilir, sonradan alınmış qaralama qızıllı qravitasiya konsentratın üzərində sianlaşma təşviq (mexaniki qarışdırma) prosesi aparılır. tövsiyə edilən sxem üzrə yerinə yetirilmiş təcrübələrlə çox sadə rejimlə filizin tərkibində olan qızılın 94,5 %-nin birbaşa aşındırıcı məhlula ayrılmasını təmin edir. Alınmış məhlul sənayedə yaxşı mənimsənilmiş qızıllı Dore xəlitəli külçələrin istehsalında istifadə oluna bilər.

Açar sözlər: Kiçik Qafqaz, Dağkəsəmən, qızıl, filiz, maddi tərkib, emal texnologiyası, qravitasiya, flotasiya, hidrometallurgiya, sianlaşdırma

 

ƏDƏBİYYAT

Abdullayev F.Sh., Kazimov K.G., Ramazanov Yu.A. Report on the results of prospecting and preliminary exploration of the Dagkesaman gold-polymetallic deposit for 1966-1974. GIA Funds of the MENR of Azerbaijan, Baku, 1975, 123 р. (in Russian).

Akmayeva S.S. et al. Mineralogical and technological research of a sample from the Dagkesaman field. Report Armniiprotsvetmet (Yerevan), GIA Funds of the MENR of Azerbaijan, Baku,1979, 49 p. (in Russian).

Filippova N.F. Phase analysis of non-ferrous metals ores and refinery products. Metallurgizdat. Moscow, 1963, 212 p. (in Russian).

Shirinov Y.R., Huseynov G.S. The preparation of scientific and methodological basis for calculation and expert assessment of ore bed reserves. Report of Scientific Research Institute of Mineral Resources. GIA Funds of the MENR of Azerbaijan, Baku, 2015, 144 p. (in Azerbaijani).

Zelenov V.I. Research methodology for gold and silver ores. Nedra. Moscow, 1989, 302 p. (in Russian).

 

Məqaləni yüklə

DOI:10.33677/ggianas20190200030

JURNAL ARXİVİ

Crossref Member Badge Crossref logo