№ 1, 2019

Daşgil palçiq vulkani səthə yaxin strukturunun 3D geofiziki modeli

Salamov A.M., Muxtarov A.Ş., Məmmədov V.A.

AMEA Geologiya və Geofizika İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 119: avazsalamov@mail.ru

Xülasə. Məqalədə bəzi palçıq vulkanlarının krater sahəsində aparılan geofiziki (elektrik kəşfiyyatı, geotermik və qravimetrik) tədqiqatların nəticələrinə baxılır. Elektrik kəşfiyyat işlərinin kiçik dərinlikdə (200 m-ə qədər) aparılmasına baxmayaraq, onlar başqa üsullarla birlikdə yer qabığının baxılan sahəsinin (Daşgil palçıq vulkanının krater zonasının) quruluşu haqda əsaslı təsəvvür verir. Palçıq vulkanlarının kökləri və kanalları (püskürmə materiallarının toplandığı əsas həcm-məkan) sıxlığı az olan parçalanmış məsaməli obyekt kimi seçilir. Flüidlər daima bu kanallar boyunca süzülərək səthə çıxır və dərin layların istiliyini səthə daşıyır. Buna görə də palçıq vulkanlarının kanalları ətraf süxurlara nisbətən yüksək temperatur və temperatur qradiyenti ilə seçilirlər. Alınan nəticələrin birgə təhlili kəsilişdə xassələri vulkanın çıxış kanallarının fiziki xassələrinə uygun olan, lakin ətraf süxurların fiziki xassələrindən fərqlənən subşaquli zonaların mövcud olmasını fərz etməyə imkan verir. Şaquli Elektrik Zondlamanın (ŞEZ) nəticələri əsasında qurulmuş üçölçülü model bu fərziyyəni vizual əks etdirməyə imkan verir. Həmçinin ŞEZ-ın məlumatları əsasında hər püskürmənin brekçiya layını ayırmağa imkan verən fərz edilən litoloji-geofiziki kəsiliş qurulmuşdur.

Açar sözlər: palçıq vulkanı, struktur, krater, vulkan boğazı, geofiziki tədqiqatlar, Şaquli Elektrik Zondlaması (ŞEZ), model, tem-peratur, qradient, istilik seli

 

ƏDƏBİYYAT

Aliyev Ad.A., Guliyev I.S., Rakhmanov R.R. Catalog of eruptions of mud volcanoes of Azerbaijan (1810-2007). Nafta-Press. Baku, 2009, 110 p. (in Russian).

Alizadeh S.A., Bayramov A.A., Mammadov A.V., Shirinov N.Sh. Geology of Quaternary sediments of Azerbaijan. Elm. Baku, 1978, 159 p. (in Russian).

Electrical survey. Textbook on electrical exploration practice for students of geophysical specialities. Khmelevsky V.K., Modin I.H. and Yakovlev A.G. (ed.). Nauchny mir. Moscow, 2005, 311 c. (in Russian).

Galin D.L. Interpretation of engineering geophysics data. Nedra. Moscow, 1989, 114 p. (in Russian).

Hamza V.M., Cardoso R.R., Ponte Neto C.F. Global heat flow: fantasy and facts. Sixth Intern. Meeting “Heat flow and the structure of the lithosphere”, Bykov near Pilsen, Czech Republic, 2006, 24 p.

Kadirov F.A., Mukhtarov A.Sh. Geophysical fields, deep structure, and dynamics of the Lokbatan mud volcano. Izvestiya, Physics of the Solid Earth, V. 40, № 4, 2004, pp. 327-333.

Kholodov V.N. Mud volcanoes: distribution and genesis. Geology and mineral resources of the World Ocean, № 4, Moscow, 2012, pp. 5-27 (in Russian).

Kopf A., Stegmann S., Delisle G. et al. In situ cone penetration tests at the active Dashgil mud volcano, Azerbaijan: Evidence for excess fluid pressure, updoming, and possible future violent eruption. Marine and Petroleum Geology, V. 26, 2009, pp. 1716-1723.

Mukhtarov A.S., Adigozelov N.Z. Thermal regime of East Azerbaijan mud volcanoes. Proceedings of Geology Institute of AS Azerbaijan, № 26, 1997, pp. 221-228 (in Russian).

Mukhtarov A. Heat transfer by fluids of mud volcanoes and hydrothermal processes. Proceedings of the 38th Conference of Sosiete Internationale des Techniques Hydrothermales and the 56th Annual Meeting of the Balneological Society of Japan. Beppu, Japan, 2003, pp. 295-300.

Mukhtarov A., Kadirov F., Guliyev I., Lerche I. Temperature evolution in the Lokbatan mud volcano crater (Azerbaijan) after the eruption of 25 October 2001. Energy Exploration & Exploitation, V. 23, № 3, 2003, pp.187-207.

Olenchenko V.V., Shnyukov E.F., Gaskova O.L., Kox S.N., Sokol E.V., Bortnikova S.B., Eltsov I.N. Dinamics of eruption of mud volcano sopka Andrusova (Bulganak mud volcanic focus, Kerch peninsula). Doklady AS, V. 464, № 2, 2015, pp. 214-219 (in Russian).

Popov E.A., Ten K.M., Funtikov G.N., Selyakov V.I., Glushko S.P. Guidelines for the use of VES for the detailed dissection of the section in solving geological and engineering-geological problems. Rotaprint. Moscow, 1990, 52 p. (in Russian).

Salamov A.M., Kadirov A.G., Salamov F.A., Pashayev T.R. Investigation of the landslide in the Khizi region of Azerbaijan by the method of Vertical Electrical Sounding. Inzhenerniye izyskaniya (engineering survey), № 5-6, 2015, pp. 50-56 (in Russian).

Smirnov Ya.B. Thermal field of the USSR territory (explanatory note to the maps of heat flow and deep temperatures on a scale of 1: 10,000,000). GUGK. Moscow, 1980, 150 p. (in Russian).

Yakubov A.A., Alizadeh A.A., Zeynalov M.M. Atlas of mud volcanoes of the Azerbaijan SSR. Elm. Baku, 1971, 258 p. (in Russian).

 

Məqaləni yüklə

DOI:10.33677/ggianas20190100024

JURNAL ARXİVİ