№ 1, 2019

Transkontinental dəmiryolu dəhlizlərinin Azərbaycanin geosiyasi və iqtisadi şəraitinə təsiri

Orucov P.Ş.

Bakı Dövlət Universiteti AZ1148, Bakı şəh., Z. Xəlilov küç., 23: porucov@bsu.edu.az

Xülasə. Məqalədə Azərbaycan Respublikasının dəmir yolu infrastrukturunun iqtisadi-coğrafi təhlili və Avropa-Asiya regionunda ölkənin tranzit potensialının səmərəliliyi araşdırılır.Habelə, dünya iqtisadiyyatının qloballaşması şəraitində nəqliyyatın və beynəlxalq yük daşımalarının əhəmiyyəti və onların Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinə təsirləri müzakirə olunur. Transkontinental dəmir yolları ölkənin və onun bölgələrinin inkişafında, həmçinin ölkələrin beynəlxalq iqtisadi və siyasi inteqrasiyasında mühüm rol oynayır. Dünya iqtisadiyyatına inteqrasiya prosesində Azərbaycan öz qarşısına nəqliyyat kompleksinin genişləndirilməsi, həmçinin qlobal nəqliyyat dəhlizlərinə qoşulması məsələlərini qoyub. Məqsəd beynəlxalq dəmir yolu dəhlizlərinin potensialını qiymətləndirmək və onların ölkəmiz üçün sosial və iqtisadi faydalarını əsaslandırmaqdır. Azərbaycan Böyük İpək Yolu boyunca nəqliyyat və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsini və Avropanın və Asiyanın ticarət əlaqələrinin genişləndirilməsini planlaşdırır. Məqalədə dünya iqtisadiyyatına inteqrasiya prosesində Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi üçün böyük iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik transkontinental dəmir yolu dəhlizləri araşdırılıb. Avrasiyada Bakı-Tbilisi-Qars, TRASEKA, Şimal-Cənub kimi böyük nəqliyyat dəhlizlərinin rolu və onların Avropanın və Asiyanın iqtisadi inteqrasiyasına təsiri araşdırılmışdır. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolunun və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycanın beynəlxalq arenaya inteqrasiyasına təsiri öyrənilir. Həmçinin, Av-ropanı Asiya ilə birləşdirən təbii tranzit körpülərindən biri kimi aparıcı beynəlxalq təşkilatlar tərəfindən rəsmən tanınmış TRASEKA beynəlxalq nəqliyyat dəhlizi araşdırılır.

Açar sözlər: dəmir yolu, beynəlxalq nəqliyyat dəhlizləri, iqtisadi inkişaf, Baki-Tbilisi-Qars və Şimal-Cənub dəmir yolları, TRASEKA

 

ƏDƏBİYYAT

Alekperova F.F., Seidova R.T. Transport geography and transport systems of the world. Mulki Aviasiya. Baku, 2009, 174 p. (in Russian).

Azerbaijan in figures. Publications of the State Statistical Committee of the Republic of Azerbaijan. 2018, 264 p. (in Azerbaijani).

Dergachev V. European transport corridors (Electronic resource). 2015 http://dergachev.ru/geop_events/260909.html (in Russian).

Hajizadeh E.M. The role of the Baku-Tbilisi-Kars railway project in improving the regional transport infrastructure. Azerbaijan Tax Journal, № 3 (117), Baku, 2014, pp. 123-160 (in Azerbaijani).

Mamedov Z.S. The transport factor of the economic development of the XXI century. Azerneshr. Baku, 2002, 386 p. (in Azerbaijani).

The official web site of Azerbaijan Railway. 2018. https://ady.az/en/content/index/66/42 2018

The official web site of International Union of Railways. 2018. https://uic.org/IMG/pdf/corridors_exe_sum2017_web.pdf 2018.

The official web site of North-South Transport Corridor. 2018. http://instcorridor.com/wp-content/uploads/2018/01/Azerbaijan.pdf / 2018.

The official web site of TRACECA. 2018. http://www.traceca.org/en/countries/azerbaijan/azerbaijan-in-traceca / 2018.

 

Məqaləni yüklə

DOI:10.33677/ggianas20190100026

JURNAL ARXİVİ

Crossref Member Badge Crossref logo