№ 1, 2018

Son yüzillikdə Naxçıvan şəhərində havanın fəsli və illik orta temperaturlarının çoxillik dəyişilmə tendensiyalarının qiymətləndirilməsi

S.H.Səfərov¹, Q.M.Hüseynov²

1– Milli Aviasiya Akademiyası, Bakı şəh., Binə qəs., 25 km, E-mail: surxaysafarov@ymail.com

2 – Fövqəladə Hallar Nazirliyi, Aviasiya dəstəsi, Qaradağ rayonu, Səngəçal qəs., E-mail: gabilhuseyn@mail.ru

Naxçıvan MR ərazisində müasir iqlim dəyişilmələri xüsusiyyətlərinin qiymətləndirilməsinin ilk mərhələsi kimi Naxçıvan şəhəri ərazisində havanın orta temperaturunun fəsli və illik qiymətlərinin 133-illik (1881-2013-cü illər) dəyişilmə tendensiyası tədqiq edilmiş və mövcud dəyişilmələri qiymətləndiril­mişdir. Həmçinin son 120-130 ildə qlobal miqyasda Şimal yarımkürəsində atmosferin ümumi sirkulyasiyasının və müxtəlif iqlim dövrlərində havanın temperaturunun tərəddüdləri ilə əlaqəli olan məsələlərə baxılmışdır.

Məqaləni yüklə

JURNAL ARXİVİ