№ 1, 2018

İqlim dəyişmələri fonunda Xəzər dənizi Bakı arxipelağı hidrometeoroloji rejiminin dəyişmə tendensiyası

R.M.Məmmədov, Z.S.Allahverdiyev

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Tədqiqat işində 1991-2012-ci illərdə Bakı arxipelağı akvatoriyasında fəaliyyət ğöstərən 4 hidrome­teoroloji stansiyanın müşahidə məlumatlarından istifadə edilərək akvatoriyanın hidrometeoroloji şəraiti, havasının və səth suyunun temperaturu, yağıntı, axın, külək və dalğa rejimləri tədqiq olunur.

Tədqiqatdan məlum olur ki, bu dövrdə akvatoriyada havanın, səth suyunun temperaturu və atmosfer yağıntılarının ortaçoxillik göstəricilərində artım, küləyin ortaillik sürətlərində isə azalma baş vermişdir. Səthdə, orta və dib qatlarda cənub istiqamətli axınlar üstünlük təşkil etmiş və onların ortaillik sürətləri, müvafiq olaraq, 2,8 m/san, 5,2 m/san və 5,7 m/san-yə bərabər olmuşdur. Akvatoriyada şimal, cənub və cənub-qərb istiqamətli dalğalar üstünlük təşkil edir və bu dalğaların 92,7%-nin hündürlüyü 0,1-3 m, 0,04%-nin hündürlüyü isə 3,1-5,0 m aralığında olan dalğaların payına düşür.

Məqaləni yüklə

JURNAL ARXİVİ