№ 2, 2017

Şirvan düzü aqrolandşaftlarının geokimyəvi şəraitinə mikroelementlərin təsirinin bəzi qanunauyğunluqları

Q.İ.Rüstəmov, A.N.İsayev

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Şirvan düzü aqrolandşaftlarında 2012-2015-ci illərdə aparılan elmi tədqiqatlar nəticəsində aqrolandşaft­ların geokimyəvi xüsusiyyətləri öyrənilmiş, mikroelementlərin miqrasiyası və paylanma qanunauyğunluqları müəyyən edilmişdir. Məqalədə Şirvan düzü aqrolandşaftlarının geokimyəvi xüsusiyyətlərinin yaxşılaşdırıl­masına yönələn və konkret elmi dəlillərə əsaslanan tövsiyə xarakterli təkliflər verilmişdir. Əldə edilən məlumatlar əsasında ilk dəfə olaraq tədqiqat ərazisi üçün Coğrafi İnformasiya Sistemləri (ArcGİS) kompüter proqramından istifadə etməklə 1: 200 000 miqyaslı “Şirvan düzü aqrolandşaftlarının geokimyəvi xəritəsi (mikroelementlərə görə)” və “Şirvan düzü aqrolandşaftlarının tibbi-ekogeokimyəvi xəritəsi” tərtib edilmişdir.

Məqaləni yüklə

JURNAL ARXİVİ