№ 1, 2018

Kiçik Qafqazın şimal-şərq yamacında Holosen yaşlı basdırılmış torpaqların formalaşmasının bəzi xüsusiyyətləri

R.Ə.Fətəliyev, Ye.N.Tağıyeva, A.İ.Əliyev

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacında Holosen yaşlı basdırılmış torpaqların digər çöküntülər arasında stratiqrafik vəziyyəti müəyyənləşdirilmiş, onların mineraloji və palinoloji tərkibləri öyrənilmişdir. Torpağın tərkibinin əsas göstəricilərindən olan karbonatlılıq və humusun miqdarının kəsilişlər və torpaq qat­larının dərinliklər üzrə dəyişmə dinamikası və korrelyasiyası təhlil edilmişdir. Alınmış nəticələr əsasında təd­qiqat ərazisində Holosen yaşlı basdırılmış torpaqların əmələgəlmə xüsusiyyətləri və formalaşdığı paleocoğrafi şərait, o cümlədən həmin dövrün iqlimi və bitki örtüyü bərpa edilmişdir.

Məqaləni yüklə

JURNAL ARXİVİ