№ 4, 2016

Azərbaycanın yerli çaylarının su ehtiyatlarının dəyişilməsi dinamikasının giymətləndirilməsi

F.Ə.İmanov, N.İ. Həsənova, A.A.Quliyeva

Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23, E-mail: farda_imanov@mail.ru

Məqalədə Azərbaycanın yerli çaylarınınsu ehtiyatlarının müasir dəyişmələri qiymətləndirilmişdir. İllik axım sıralarının trend analizi nəticəsində müəyyən edilmişdir ki, Böyük Qaf­qazın həm cənub, həm də şimal-şərq yamaclarında çayların illik axımı artır, Naxçıvan və Lənkəran təbii vilayətlərində azalır, Kiçik Qafqaz təbii vilayətində isə bəzi çaylarda artır, bəzi­lərində isə azalır. 1972-ci ilə kimi olan və 1973-2010/2011-ci illəri əhatə edən dövrlər üçün çayların orta illik su sərflərinin çox­illik kəmiyyətləri müqayisə edilmiş və müəyyən olun­muş­dur ki, Azərbaycanın yerli çaylarının hidroloji müşahidə məntə­qələrində qeydə alınan cəm illik axımı hazırda antropogen amillərin təsiri nəticəsində əvvəlki dövrlə müqayisədə 1,642 km3 (15,9%) azalmışdır. Bu, yerinə yetirilmiş trend analizin nəticələrinə bir qədər uyğun gəlmir. Bunun səbəbi trend ana­lizdə cəmi 20, su ehtiyatlarının qiymətləndirilməsində isə daha çox – 40 çayın məlumatından istifadə olunmasıdır.

JURNAL ARXİVİ