№ 4, 2016

Su balansında yeraltı suların payinin təyinində rasional metodun tətbiqi

R.M.Qaşqay, M.Ə.Teymurov

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115, E-mail: doktor_rq@mail.ru

Çayların qidalanmasında yeraltı suların rolu araşdırılmış, bu prosesin intensiv yağıntılar dövründə çox zəif, yağıntıdan 3-5 gün sonra daha fəal, sonrakı quraq (yağıntısız) mərhələdə isə tədrici getdiyi bir daha təsdiq olunmuşdur.İlk dəfə rasional axım əmsalı metodu və GİS texnologiyaları imkanları əsasında çayın qidalanması və su balansında yeraltı axımın kəmiyyət göstəriciləri hesablanmış və empirik əlaqə düsturu təklif olunmuşdur. Kürmük və Türyan çaylarının faktiki müşahidə və GİS vasitəsilə rasional metodla tapılan yeraltı axım məlumat­larının müqayisəsi onların arasında fərqin çox az, yaxud əksər hallarda heç olmadığını göstərmişdir. Bu da, öz növbəsində, müşahidə məlumatları olmayan istənilən coğrafi şəraitə malik hövzələrdə çay axımında yeraltı qida payını rasional metodla qiymətləndirməyin mümkün olduğunu nümayiş etdirir.

JURNAL ARXİVİ