№ 2, 2019

Azərbaycan Respublikasinin arid subtropiklərinin aqroiqlim rayonlaşmasi və onun aqroiqtisadi səmərəliliyi

Həsənov R.Ş., Quliyev A.A.

Azərbaycan Dövlət İqtisad Universiteti AZ1072, Bakı şəh.., H.Əliyev küç., 135: rovshanhasanov56@gmail.com, asiman.quliyev.1956@mail.ru

Xülasə. Azərbaycan Respublikasının torpaq fondu 8641.5 min ha-dır. Bu fondun 4227 min ha-rı kənd təsərrüfatında istifadə edilir. Ölkədə əkin sahələri 1454 min ha sahə tutur. Tədqiq olunan ərazinin aqroiqlim ehtiyatları böyük olmasına baxmayaraq bu günə qədər onlardan səmərəli istifadə edilmir. Bunun əsas səbəbi quru və quraq subtropik ərazilərin təbii imkanlarının düzgün qiymətləndirilməmə-si və iqlim meyarını müəyyənləşdirməyə vahid yanaşmanın olmamasıdır. Subtropik iqlim qurşağının sərhədləri və daxili ərazi vahidlərinin müəyyən edilməsi əsasən iki üsulla aparılmışıdır: Havanın ortaillik mütləq minimum temperaturu vasitəsilə məxsusi subtropik zonanın sərhədi -12 °C, keçid zonanın sərhədi isə -16°C müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, məxsusi subtropik zona Azərbaycan Respublikasının ümumi subtropik ərazisinin əsas hissəsini təşkil edir. D.İ.Şaşkoya görə illik rütubətlənmə göstəricisi Md=0.25 olan izoxətt quraq zonanın sərhədi kimi götürülür. Quraq zonanın yuxarı sərhədi dağlıq ərazidə meşə zonasının, aşağı sərhəddi isə meşə-çöl zonasının sərhədinə uyğun gəlir. Arid subtropiklərin sərhədlərinin temperatur göstəriciləri, havanın ortaillik mütləq minimum temperaturu -12°C və -16 °C, rütubətlənmə əmsalı isə 0.25 həddi ilə müəyyən edilir. Subtropik zona daxilindəki arid ərazilərin sərhədləri Md=0.25 ilə əhatə olunur. Onu da qeyd etmək lazımdır ki, subtropiklərin sərhədlərinin təyini zamanı -12 °C-lik izotermiki xətt bəzən özünü doğrultmur. Azərbaycan Respublikası ərazisində elə rayonlar var ki, -12 °C temperaturda fəal temperatur cəmi 3800 °C-dən aşağı, bəzən 3400 °C olur. Belə rayonlar, təbii ki, bəzi illərdə subtropik bitkilərin normal inkişafını təmin etmir. Bunlara əsaslanaraq, Azərbaycan Respublikasının arid subtropiklərinin aqroiqlim rayonlaşdırılması aparılmış, nəticədə 1 ölkə, 4 vilayət, 3 yarımvilayət, 19 rayon müəyyən edilmişdir.

Açar sözlər: subtropik, quraq, aqroiqlim, iqlim, rayonlaşdırma

 

ƏDƏBİYYAT

Abdullaev V.G. Agroclimatic resources of the Azerbaijan SSR for the reason of cultivation of olive crops. Abstract of PhD dissertation (geography sciences). Baku, 1976, 22 p. (in Russian).

Ayyubov A.D. Agroclimatic zoning of the Azerbaijan SSR. AS of the Azerb. SSR. Baku, 1968, 187 p. (in Russian).

Ayyubov A.D. Climate control of Azerbaijan SSR. Elm. Baku, 1975, 148 p. (in Russian).

Ayyubov A.D., Ragimov H.Sh., Ulkhanov N.D. Study of the climatic conditions of fruit subtropical crops and their agricultural assessment (pomegranate, fig, persimmon, almond). Fund of the Institute of Geography of the Academy of Sciences of Azerbaijan Republic, Baku, 1978, 386 p.

Babushkin L.N. Agroclimatic zoning of the cotton zone of Central Asia. Gidrometeoizdat. Leningrad, 1960, 134 p. (in Russian).

Davitaya F.F. The forecast of heat supply and some problems of the seasonal development of nature. Gidrometeoizdat. Moscow, 1964, 132 p. (in Russian).

Goltsberg I.A. Climatic descriptions taking into account the requirements of agricultural production. In: A.I.Voeikov and modern problems of climatology. Gidrometeoizdat. Leningrad, 1956, 241 p. (in Russian).

Gutiev G.T., Mosiyash A.S. Climate and frost resistance of subtropical plants. Hydrometeoizdat. Leningrad, 1977, 278 p. (in Russian).

Hasanov R.Sh. Environmental economics. Economic University Publishing. Baku, 2018, 556 p. (in Azerbaijani).

Koloskov P.I. Agroclimatic zoning of Kazakhstan. Publishing of AS of USSR. Moscow. 1947, p.147 (in Russian).

Meladze G.G. Agroclimatic basis for the cultivation of subtropical industrial and essential oil crops. Hydrometeoizdat. Leningrad, 1979, 136 p. (in Russian).

Ragimov H.Sh. Agroclimatic conditions and resources of pomegranate cultivation in the Azerbaijan SSR. Abstract of PhD diss. (geography). Baku, 1984, 24 p. (in Russian).

Selyaninov G.T. Prospects for the subtropical economy of the USSR in connection with natural conditions. Hydrometeoizdat. Leningrad, 1961,195 p. (in Russian).

Shashko D.I. Agroclimatic zoning of USSR. Kolos. Moscow, 1967, 336 p. (in Russian).

Shikhlinsky E.M., Gadzhiev G.A. The study of the patterns of climate variation and change according to individual meteorological elements and their complex in the Eastern Caucasus and Caspian Sea conditions with the identification of their connection with solar-terrestrial macroprocesses. Fund of the Institute of Geography of the Academy of Sciences of Azerbaijan Republic, Baku, 1973, 247 p. (in Russian).

Ulkhanov N.D. Agroclimatic conditions and cultivation resources of fig culture in Azerbaijan SSR. Abstract of PhD diss. (geography sciencies). Baku. 1986, 23 p. (in Russian).

 

Məqaləni yüklə

DOI:10.33677/ggianas20190200035

JURNAL ARXİVİ

Crossref Member Badge Crossref logo