№ 1, 2018

Xəzər dənizinin qərb sahili litosferinin qeyri-bircinsliliyi, dərinlik quruluşu və müasir geodinamik xarakteristikasi

G.R.Sadıqova

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Məqalədə Xəzər dənizinin qərb sahili boyu uzanan Samur-Bakı profilinin qeyri-bircins sıxlıq modelindən istifadə edilərək 2D qravitasiya modeli qurulmuş və profilin geodinamik xarakteristikaları tədqiq edilmişdir. 2D qravitasiya modeli Yer qabığının üst sərhədlərinin və Moxo sərhədinin sıxlıq sərhədləri seçmə üsulu ilə tərtib olunmuş, bazalt (28-32 km) və Moxo sərhədləri (47-57 km) dəqiqləşdirilmişdir. Profilboyu müasir şaquli və üfüqi hərəkətlərin sürət əyriləri təhlil edilmiş və Yer qabığında gərginliktoplanma zonaları müəyyən-ləşdirilmişdir. Samur-Bakı profilinin geodinamik şəraitinə təsir nətəcəsində əlavə hiss edilən gərginlik yaradacaq zəlzələlərin ocaq radiusu və maqnitudası müəyyən edilmişdir.

JURNAL ARXİVİ